Aqil Abbas: "Volkov ya missiyasını yerinə yetirsin, ya da rədd olub getsin"

admin
Aqil Abbas: "Volkov ya missiyasını yerinə yetirsin, ya da rədd olub getsin"

Bu gün bir qrup QHT nümayəndəsi və eko aktivist Laçın-Şuşa-Xankəndi yolunda Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz olaraq aksiya keçiriblər. Rusiyanın ərazidə müvəqqəti yerləşən sülhməramlı qüvvələri aksiyaçıların qarşısını kəsərək irəliləməsinə maneə törədiblər. Etiraz aksiyası 8 saatdan çoxdur davam edir və baş verənlər ölkə gündəmində əsas müzakirə mövzusudur.

"Operativ Media" mövzu ilə bağlı millət vəkili Aqil Abbasla əlaqə saxlayıb. O, hadisələrə belə şərh verdi: 


"Rusiya sülhməramlıları öz missiyalarını yerinə yetirmirlər. Birtərəfli mövqe tuturlar. Bizimkilər də etiraz əlaməti olaraq belə bir tədbir keçirirlər, ruslar da bizimkilərə qarşı kobudluq edirlər. Əgər belə davam edərsə, biz Volkova ultimatum verməliyik ki, ya missiyanı yerinə yetir, ya da rədd ol get". 

Millət vəkili Xankəndidə toplaşan separatçıların ruslardan narazı qalmasına da mövqe bildirib:

"Rus sülhməramlıları onlara ev tikir, yol çəkir, işıq çəkir. Bundan artıq nə istəyirlər ki?" 

Azərbaycan dövlətinin təmkin nümayiş etdirməsindən söz açan A.Abbas fikrini belə tamamlayıb: "Təmkinin, səbrin müəyyən müddəti, həddi var. Müəyyən müddətdən sonra təmkin və səbr bitir."

Digər xəbərlər