Avropa İttifaqı İrana qarşı əlavə sanksiyalar tətbiq edib
Avropa İttifaqı (Aİ) İrana qarşı əlavə sanksiyalar tətbiq edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında qeyd olunub.
Bildirilib ki, İran İslam Respublikasında insan haqlarının pozulması və Tehranın Ukrayna münaqişəsində Rusiyaya dəstək verməsi ilə əlaqədar İrana qarşı əlavə sanksiyalar tətbiq edilib.
“Aİ 20 nəfəri və 1 hüquqi şəxsi sanksiyalar siyahısına daxil etməlidir. Avropa İttifaqı Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə israrlıdır”, - deyə sənəddə vurğulanıb.
Rusiyaya pilotsuz təyyarələrin istehsalı və tədarükü ilə əlaqəli olanlar qara siyahıya salınmalıdır deyə sənəddə qeyd edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net