Menyu

Almaniyadakı səfirliyimiz azərbaycanlıların sıx yaşadığı şəhərlərdə pasportların rəsmiləşdirilməsinə başlayır

Almaniyadakı səfirliyimiz azərbaycanlıların sıx yaşadığı şəhərlərdə pasportların rəsmiləşdirilməsinə başlayır
1 dəq oxu

Azərbaycanın Almaniyadakı səfirliyi ilk dəfə vətəndaşlarımızın sıx yaşadığı böyük şəhərlərdə səyyar konsulluq xidməti vasitəsilə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsinə başlayır.

"Operativ Media" xəbər verir ki, ilk belə xidmət martın 9-da Köln şəhərində göstəriləcək.

Növbəti aylarda digər böyük şəhərlər də əhatə olunacaq. Məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ xidmət göstərməkdir.

Əlaqəli Xəbərlər