Menyu

ÜST: Dünyada bir milyarddan çox insan piylənmədən əziyyət çəkir

Nərmin Qocamanlı
ÜST: Dünyada bir milyarddan çox insan piylənmədən əziyyət çəkir

 "Hazırda qlobal miqyasda bir milyarddan çox insan piylənmədən əziyyət çəkir və bu, çoxsaylı ciddi sağlamlıq problemləri riskinin artması ilə əlaqələndirilir".

"Operativ Media" xəbər verir ki, bunu ÜST-nin qidalanma və ərzaq məhsullarının təhlükəsizliyi məsələləri üzrə Departamentin direktoru Françesko Branka bildirib.

O, qeyd edib ki, piylənmə qida çatışmazlığı ilə mübarizə aparan bir çox aşağı və orta gəlirli ölkələrdəki çəki azlığından daha çox yayılıb.

“Keçmişdə biz piylənməni zənginlərin problemi kimi düşünürdük. Piylənmə dünyanın problemidir”, - ÜST-nin qidalanma üzrə rəhbəri Françesko Branka mətbuat konfransında deyib.

Qeyd olunub ki, 1990-2022-ci illər arasında böyüklər arasında piylənmə nisbəti iki dəfədən çox, 5-19 yaşlı uşaqlar və yeniyetmələr arasında isə dörd dəfədən çox artıb.

Teqlər:

"\u00dcST: D\u00fcnyada bir milyarddan \u00e7ox insan piyl\u0259nm\u0259d\u0259n \u0259ziyy\u0259t \u00e7\u0259kir"

Əlaqəli Xəbərlər