http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

MN tibbi təhsili olan şəxslərin həqiqi hərbi xidmətə və işə qəbulunu elan edir

13 Dekabr 2022 , 10:51
MN tibbi təhsili olan şəxslərin həqiqi hərbi xidmətə və işə qəbulunu elan edir

 

Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə həqiqi hərbi xidmətə və işə qəbul elan edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ali və orta ixtisas tibbi təhsilli, fiziki cəhətdən sağlam 35 yaşadək kişilər (müddətli həqiqi hərbi xidmətini başa vuranlar) və qadınlar, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq üçün müraciət edə bilərlər.

Namizədlər Müdafiə Nazirliyinin Tibb İdarəsinə (Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3) və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər. Müraciət edənlərin nəzərinə çatdırırıq ki, vakant mülki və hərbi vəzifələrə qəbul tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.

Qeyd: Vətəndaşlar bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:00-dan 17:00-a kimi müraciət edə bilərlər.

Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.

Əlavə məlumat üçün: Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3 Əlaqə nömrəsi: (012) 530-20-47 Elektron poçt ünvanı: [email protected]
 

OXŞAR XƏBƏRLƏR
Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib, hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib, hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

XƏBƏR LENTİ
  • 11:31

    Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib
  • 11:24

    Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
    Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
  • 11:18

    Prezident İlham Əliyev Nikaraqualı həmkarını təbrik edib
  • 11:11

    Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
  • 11:05

    Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu qəbul edib
    Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu qəbul edib
  • 10:46

    Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
  • 10:20

    Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • 10:17

    Türkiyə XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib
Menyu