Menyu

Hansı halda Aİ missiyası Ermənistandan çıxarılacaq?

Redaksiya
Hansı halda Aİ missiyası Ermənistandan çıxarılacaq?
1 dəq oxu

İrəvanla Bakı arasında sülh Aİ missiyasını Ermənistandan çıxarmağa imkan verəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalyada Diplomatik Forumda təşkil olunan panel müzakirəsi zamanı bildirib.

“Ermənistan və Azərbaycan arasında sülh və sabitlik o demək olacaq ki, nəhayət, biz Cənubi Qafqazın hər üç ölkəsi ilə yalnız müsbət əməkdaşlıq gündəliyinə diqqət yetirə bilərik. 

Biz həmçinin Aİ-nin sülhə olan inamını və öhdəliyini təmin etmək üçün yerləşdirilən Aİ-nin Ermənistandakı missiyasını geri çəkə biləcəyik”- o vurğulayıb

Əlaqəli Xəbərlər