Ceyhun Bayramov Moldova XİN rəhbəri ilə görüşüb - YENİLƏNİB
Nərmin Qocamanlı
2 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mihail Popşoy ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.
Görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında çoxtərəfli platformalarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.
İnvestisiyalar, ticarət, enerji, nəqliyyat kimi sahələrdə ikitərəfli əlaqələrin geniş potensiala malik olduğu bildirilib, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi diqqət ayrılmasının, eləcə də yüksək səviyyəli səfərlərin önəmi vurğulanıb.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparılıb.
***
16:36
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumunda Moldova Baş nazirinin müavini, Xarici İşlər Naziri Mihail Popsoi ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Teqlər:
"Ceyhun Bayramov Moldova X\u0130N r\u0259hb\u0259ri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"