Menyu

COP29 çərçivəsində Azərbaycanla TDT arasında əməkdaşlıq nəzərdən keçirilib - YENİLƏNİB

COP29 çərçivəsində Azərbaycanla TDT arasında əməkdaşlıq nəzərdən keçirilib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Bu barədə "Operativ Media"ya XİN-dən bildirilib.

Görüşdə C.Bayramov bu qurumun türk dünyasında dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsi baxımından ciddi potensiala malik olduğunu qeyd edərək, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini vurğulayıb.

Görüş zamanı nazir türk dünyası ilə əlaqələrimizin genişləndirilməsinin və dərinləşdirilməsinin ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu vurğulayaraq, bu təşkilat çərçivəsində əməkdaşlığın inkişafı üçün bərabər səylər göstərməyə hazır olduğumuzu qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

17:01

Azərbaycan XİN rəhbbəri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Omurali ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Görüşdə qeyd olunub ki, Azərbaycan sülhün və sabitliyin möhkəmləndirilməsinə, Türk dövlətləri çərçivəsində geniş miqyaslı əməkdaşlığın təşviqinə və üzv dövlətlər arasında ümumi inkişaf potensialının yaradılmasına sadiqdir.

Teqlər:

"COP29 \u00e7\u0259r\u00e7iv\u0259sind\u0259 Az\u0259rbaycanla TDT aras\u0131nda \u0259m\u0259kda\u015fl\u0131q n\u0259z\u0259rd\u0259n ke\u00e7irilib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər