Ned Prays: ABŞ Azərbaycan və Ermənistan arasında gərginliyin aradan qaldırılmasını diqqət mərkəzində saxlayır
"ABŞ həmişə Azərbaycan və Ermənistan arasında gərginliyin aradan qaldırılması və hər iki ölkəni sabit nizamlanma yoluna çıxarmaq zərurətini diqqət mərkəzində saxlayıb".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Prays jurnalistin Vaşinqtonun Laçın dəhlizi ətrafındakı vəziyyəti, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan və Azərbaycan tərəfləri arasında son danışıqları, eləcə də Qərbi Avropanın bununla bağlı narahatlığını izləyirmi sualını cavablandırıb.
“Biz ardıcıl olaraq bu çağırışa, bu iki ölkəni davamlı, hərtərəfli nizamlanma yoluna çıxarmaq üçün gərginliyin azaldılması zərurətinə diqqət yetiririk. Biz burada Vaşinqtonda bu iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüş təşkil etdik. Biz eyni şeyi Nyu Yorkda BMT Baş Assambleyasında etdik. Bundan əlavə, baş məsləhətçimiz Philippe Reeker hər iki ölkənin rəsmiləri ilə fəal dialoq aparır ki, biz mümkün olan hər şeyi edirik və ən əsası, bu iki ölkə bu gərginliyi azaltmaq üçün mümkün olan hər şeyi edir "deyə o, qeyd edib.