Menyu

Azərbaycanla Türkiyə arasında bir sıra sahələrdə əməkdaşlıq müzakirə olunub - FOTO

Azərbaycanla Türkiyə arasında bir sıra sahələrdə əməkdaşlıq müzakirə olunub - FOTO
1 dəq oxu

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyəyə səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb.

“Operativ Media” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “X” hesabında paylaşım edib.

Qeyd edilib ki, görüş zamanı meşəçilik, su və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Əlaqəli Xəbərlər