14 Dekabr 2022, 09:21
Pentaqon Belarus ordusunun qəfil yoxlanılmasını region üçün təhlükə hesab etmir
Pentaqon Belarus ordusunun qəfil yoxlanılmasını region üçün təhlükə hesab etmir şəkil
Pentaqon Belarus ordusunun qəfil yoxlanılmasını region üçün təhlükə hesab etmir

ABŞ Müdafiə Nazirliyi öz ordusunun Ukrayna sərhədi yaxınlığında plansız təlimlər keçirəcəyini elan edən Belarusdan transsərhəd təhlükəsizliyə təhdid görmür.

"Operativ Media" “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı brifinq zamanı ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayder bildirib.

 

"Bizim hesablamalarımıza görə, indiyə kimi biz Belarus tərəfindən heç bir təhlükə yaradan transsərhəd fəaliyyəti müşahidə etmirik ", - deyə o, qeyd edib.

 

O vurğulayıb ki, ABŞ regiondakı vəziyyəti, o cümlədən Belarusun (hərbi - red.) fəaliyyətini diqqətlə izləməyə davam edəcək.

Son xəbərlər
İsrail Livanda “Hizbullah”ın obyektlərinə zərbələr endirib
ABŞ-də güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb