http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Türkmənistan və Azərbaycan Prezidentləri arasında ikitərəfli görüş keçirilib-FOTO

14 Dekabr 2022 , 11:54
Türkmənistan və Azərbaycan Prezidentləri arasında ikitərəfli görüş keçirilib-FOTO

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.

Sərdar Berdiməhəmmədov dövlətimizin başçısı ilə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirərək, dəvəti qəbul etdiyinə və Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Hazırkı dövrdə üçtərəfli əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını deyən Sərdar Berdiməhəmmədov Türkmənistan tərəfinin bu Zirvə Görüşünə böyük önəm verdiyini vurğuladı.

Prezident İlham Əliyev qardaş Türkmənistana yenidən səfərindən məmnunluğunu ifadə etdi, bu Zirvə Görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident Sərdar Berdiməhəmmədova minnətdarlığını bildirdi. Üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı. Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Respublikasının Prezidenti Sərdar Berdiməhəmmədov arasında Avazada görüş keçirilib.

"Operativ Media" Türkmənistan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı Türkmənistan-Azərbaycan əməkdaşlığı məsələlərini müzakirə edən həmsöhbətlər çoxəsrlik mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində və özünün yeni mərhələsinə qədəm qoymuş qarşılıqlı faydalı əməkdaşlığın daha da mütərəqqi inkişafında tərəflərin qarşılıqlı maraqlı olduğunu vurğulayıblar.

Danışıqlar zamanı hər iki ölkənin ikitərəfli münasibətləri fəal şəkildə inkişaf etdirdiyi və beynəlxalq aləmdə, iri beynəlxalq təşkilatların və nüfuzlu regional strukturların platformasında səmərəli qarşılıqlı fəaliyyət göstərdiyi vurğulanıb.

Görüşdə hər iki dövlətin başçıları əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Nəhəng karbohidrogen ehtiyatlarına malik qonşu dövlətlərin əlverişli coğrafi mövqeyi nəzərə alınmaqla enerji təhlükəsizliyinin təmin edilməsi, o cümlədən müasir tranzit və nəqliyyat infrastrukturunun yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri ayrıca müzakirə mövzusu olub.

Bununla yanaşı, təhsil, elm, mədəniyyət, səhiyyə və digər sosial əhəmiyyətli sahələrdə əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

 

OXŞAR XƏBƏRLƏR
Ermənistan gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürməyəcəyinə dair öhdəlik götürür

Ermənistan gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürməyəcəyinə dair öhdəlik götürür

Diplomat: "Ermənistan keçmişdəki səhvlərini düzəltməli və region ölkələri ilə əməkdaşlıq etməlidir"

Diplomat: "Ermənistan keçmişdəki səhvlərini düzəltməli və region ölkələri ilə əməkdaşlıq etməlidir"

Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

XƏBƏR LENTİ
  • 10:51

    Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək
  • 10:50

    Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək
  • 10:31

    Həftəsonu 32 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:29

    Azərbaycan MDB-nin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib
  • 10:12

    Tarixdə ilk dəfə: “Neftçi” 3 qol vurub uduzdu
  • 10:08

    NİİM toy karvanlarındakı neqativ hallarla bağlı sürücülərə müraciət edib
  • 10:00

    Ermənistan gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürməyəcəyinə dair öhdəlik götürür
    Ermənistan gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürməyəcəyinə dair öhdəlik götürür
  • 09:59

    Bakıda hərbi sursatlar aşkarlanıb
Menyu