Menyu

Mirzoyan: "Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi ola bilməz"

Nərmin Qocamanlı
Mirzoyan: "Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi ola bilməz"
1 dəq oxu

Ermənistan Azərbaycanla barışıq yox, sülh sazişi layihəsini müzakirə edir və bir çox məsələlərdə artıq razılığa gəlmək mümkün olub.

"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  Türkiyənin "TRT World" telekanalına müsahibəsində bildirib.

“Lakin çox mühüm məsələlər var ki, onlar ətrafında tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır”, - nazir  deyib.

“Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi ola bilməz, çünki bu məsələdə Ankara və Bakının mövqeləri eynidir”, - Mirzoyan əlavə edib.

Əlaqəli Xəbərlər