Brüssel Azərbaycan-Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiya iclasının oktyabrın sonunadək keçirilməsi üzərində çalışır.
"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nın ali nümayəndəsi Jozep Borrel açıqlama verib.
“Biz məsələ üzərində işləyirik ki, Brüsseldə oktyabrın axırınadək görüş baş tutsun”, - deyə o qeyd edib.
Qeyd edək ki, Cenevrə görüşündə Bakı delimitasiya komissiyasının iclasının daha əvvəl razılaşdırdığı kimi noyabrda deyil, oktyabrda keçirməyi təklif edib. İclasın Brüsseldə keçirilməsi nəzərdə tutulur.