Kəlbəcərdə mina partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb-YENİLƏNİB

admin
Kəlbəcərdə mina partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb-YENİLƏNİB

Kəlbəcərdə mina partlaması nəticəsində 1 nəfər ölüb.

"Operativ Media" xəbər verir ki, 3 nəfər xəsarət alıb.

***

18:59

Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.

Digər xəbərlər