Menyu

TDT: "Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələr türk dünyasının birləşməsində mühüm addım olacaq"

TDT: "Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələr türk dünyasının birləşməsində mühüm addım olacaq"

Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi Türk Dövlətləri Təşkilatı dövlətləri arasında mövcud güclü həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edəcək və türk dünyasının birləşməsi prosesində irəliyə doğru çox mühüm addım olacaq.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanicbek Ömuraliyevin bəyanatında deyilir.

O, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Üçtərəfli Zirvə görüşünün nəticələrindən çox razı qaldığını qeyd edərək, Zirvənin üç qardaş xalq arasında əlaqələri gücləndirmək baxımından mühüm fürsət yaradacağını vurğulayıb.

Ömurəliyev əlavə edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər TDT daxilində hərtərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına töhfə verəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər