14 Dekabr 2022, 22:13
Karen Donfrid: "Ermənistan və Türkiyə münasibətləri regional stabilliyi artırmaq potensialdadır"

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi istiqamətində gedən danışıqların regional stabilliyi artırmaq potensialı var.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi doktor Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı deyib.
"Ermənistan və Türkiyə arasında münasibətlərin normallşması prosesi istiqamətində gedən danışıqların regional stabilliyi artırmaq, daha böyük iqtisadi inkişafa təkan vermək üçün potensialı var. Rusiyanın Ukraynada apardığı qəddar müharibə fonunda bu səylər indi daha çox vacibdir", - deyə ABŞ rəsmisi vurğulayıb.