Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədliyini nəzərdən keçirmək üçün qətnamə qəbul edib
504 lehinə, 4 əleyhinə və 32 bitərəf səslə Avropa Parlamenti Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyünə namizədliyinin nəzərdən keçirilməsini təklif edən qətnaməni qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatlarının birgə qətnamə layihəsində deyilir.
"Ermənistan namizəd statusu almaqda maraqlı olsa və öz demokratiyasını möhkəmləndirən sabit islahatlar yoluna davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər", - qanunverici orqandan qeyd edilib.
Daha əvvəl AŞ deputatları Avropa İttifaqının icra hakimiyyəti orqanlarını, Komissiyanı və Şuranı Ermənistanı Aİ ilə təkcə iqtisadi tərəfdaşlıq deyil, həm də siyasi dialoq, təhlükəsizlik, xalqlar arasında əməkdaşlığın genişləndirilməsində fəal dəstəkləməyə çağırıblar.