Menyu

Gürcüstan-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının növbəti iclası keçiriləcək - YENİLƏNİB

Nərmin Qocamanlı
Gürcüstan-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının növbəti iclası keçiriləcək - YENİLƏNİB

Dekabrın 15-də Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın paytaxtı Tbilisiyə rəsmi səfərə gedib.

Bu barədə "Operativ Media"ya Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, səfər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə baş tutub.

 

***

08:37

Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Gürcüstana rəsmi səfər edəcək.

"Operativ Media" xəbər verir ki, Əsədov Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.

Danışıqlardan sonra baş nazirlər Gürcüstan-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının iclasını keçirəcəklər.

Əsədovun Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə də görüşü də nəzərdə tutulub.

Əlaqəli Xəbərlər