Rusiyada MSK-nın saytına 12 milyondan çox haker hücumu edilib
Nərmin Qocamanlı
Rusiyada prezident seçkiləri kampaniyası başlayandan bəri Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının saytına 12 milyondan çox haker hücumu edilib.
"Operativ Media"xəbər verir ki, bu barədə ölkənin MSK sədri Ella Pamfilova məlumat verib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək. Dövlət başçısı postu uğrunda hazırkı Prezident Vladimir Putin, liberal demokrat partiyasının namizədi Leonid Slutski, komunistlərin namizədi Nikolay Xaritonov və "Yeni insanlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparacaqlar.