Menyu

Prezidentin köməkçisi: Avropa Parlamenti Azərbaycana qarşı platformaya çevrilib

Prezidentin köməkçisi: Avropa Parlamenti Azərbaycana qarşı platformaya çevrilib

Biz Orta Dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün çalışırıq.

"Operativ Media"nın xəbərinə görə, bunu bu gün XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, hazırda beynəlxalq təşkilatların öhdəliklərini yerinə yetirməməsinin şahidi oluruq.

Onun sözlərinə görə, dünya COVID-19-un vurduğu təsirin qarşısını tam ala bilməyib.

Prezidentin köməkçisi Azərbaycanın peyvəndlərin bərabər paylanması təşəbbüsü ilə çıxış etdiyini xatırladıb.

“Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Avropa Parlamentinin Azərbaycana qarşı islamafobiya platformasına çevrildiyini görürük”, - Hikmət Hacıyev vurğulayıb.

O qeyd edib ki, Azərbaycan öz təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər