ABŞ-nin keçmiş səfirinin Rusiyaya girişi qadağan edilib
Nərmin Qocamanlı
Rusiya Federasiyası daha 227 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan siyahıya əsasən, Rusiya Federasiyasına girişi qadağan edilən amerikalılar arasında Dövlət Departamentinin müşaviri Derek Çollet, keçmiş səfir Con Sallivan və Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də var .
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, ABŞ-ın hazırkı administrasiyasının rusofob kursunun hazırlanması, həyata keçirilməsi və əsaslandırılmasında iştirak edən 227 amerikalı üçün Rusiya Federasiyasına giriş qadağan edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net