Menyu

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktorunun ölkəmizə səfəri başa çatıb

Nərmin Qocamanlı
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktorunun ölkəmizə səfəri başa çatıb

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktoru Yanne Holst-Hübner ölkəmizdə işgüzar səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, səfər çərçivəsində İcraçı Direktor Naxçıvan şəhərində olub, Heydər Əliyev muzeyini ziyarət edib, ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olub. Qonaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti ilə tanış olaraq gənc prokurorluq əməkdaşları ilə görüş keçirib.

2024-cü ildə ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağına hazırlıq məqsədilə yaradılmış yerli təşkilat komitəsinin iclası keçirilib, bir sıra təşkilati məsələlər müzakirə edilib.

Yanne Holst-Hübnerin ölkəmizə işgüzar səfəri başa çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər