Ana səhifə / Slayder / Siyəzəndə "Vito" ilə "TIR" toqquşub, 6 nəfər ölüb - YENİLƏNİB Siyəzəndə "Vito" ilə "TIR" toqquşub, 6 nəfər ölüb - YENİLƏNİB 15.12.2022, 11:36 Nərmin Qocamanlı Bakı-Quba yolunun 98-ci km-də baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan "TIR" sürücüsü xəstəxanadadır. Bu barədə DİN-dən "Operativ Media"ya bildirilib. *** Bakı-Quba yolunun 98-ci km-də (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətindən "Operativ Media"ya bildirilib ki, "Mersedes Vito" markalı avtomobillə "TIR" toqquşub. Yol-nəqliyyat hadisəsində ilkin məlumata "Mersedes-Vito"da olan sürücü daxil olmaqla 6 nəfər həlak olub, tır sürücüsü xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.