Menyu

Mirzoyan: "Ermənistanın Aİ ilə münasibətlərinin dərinləşməsi Rusiyaya qarşı yönəlməyib"

Nərmin Qocamanlı
Mirzoyan: "Ermənistanın Aİ ilə münasibətlərinin dərinləşməsi Rusiyaya qarşı yönəlməyib"

Ermənistanın Qərblə, məsələn, Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməsi Rusiya ilə münasibətləri pozmaq məqsədi daşımır.

"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Rəsmi olaraq bəyan edirəm ki, Ermənistan Respublikası heç kimə qarşı heç bir planda iştirak etmir. Bizim Qərblə, məsələn, Aİ ilə münasibətlərimizin dərinləşməsi Rusiya Federasiyasına, bu münasibətləri pozmağa yönəlməyib. Hətta onlardan qonşularımıza qarşı istifadə etmək məqsədi də daşımır”, - deyə Mirzoyan qeyd edib.

O, qeyd edib ki, bu münasibətləri dərinləşdirməkdə məqsəd sadəcə olaraq Ermənistanın təhlükəsizliyini artırmaqdır.
 

Teqlər:

"Mirzoyan: \"Erm\u0259nistan\u0131n A\u0130 il\u0259 m\u00fcnasib\u0259tl\u0259rinin d\u0259rinl\u0259\u015fm\u0259si Rusiyaya qar\u015f\u0131 y\u00f6n\u0259lm\u0259yib\""

Əlaqəli Xəbərlər