http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sahibə Qafarova BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti ilə görüşüb

16 Mart 2024 , 15:57
Sahibə Qafarova BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti ilə görüşüb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın regionda sülhün və əmin-amanlığın təmin olunması istiqamətində göstərdiyi səyləri təqdir edir.

"Operativ Media" xəbər verir ki, bununla bağlı BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.

Görüşdə, qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verən spiker Sahibə Qafarova Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və bərpa işləri, Ermənistan tərəfindən basdırılmış minaların törətdiyi təhlükə haqda danışıb, qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın və dəstəyin əhəmiyyətinə toxunub.

Milli Məclisin sədri məhz Azərbaycanın sülhün bərqərar olunması istiqamətində təşəbbüslə çıxış etdiyini və sülh gündəliyinə sadiq qaldığını bildirərək, Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümidini ifadə edib.

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində görüləcək işlərdən söz açan spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin iqlim dəyişmələri kimi qlobal çağırışların həlli üzrə aparılan müzakirələrə parlament töhfəsinin təmin olunması istiqamətində səyləri haqda danışıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn Dennis Fransis Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumlarındakı fəaliyyətini, göstərdiyi səyləri yüksək qiymətləndirdiyini deyib.

Azərbaycanın daima BMT-nin əsas dəyər və prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini deyən qonaq ölkənin çoxtərəfliliyin təşviqi üzrə rolunu xüsusi qeyd edib.

Baş Assambleya prezidenti Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını deyərək, BMT-nin məqsədlərinin dəstəklənməsində parlamentlərin rolunun əhəmiyyətini vurğulayıb.

Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü uğurlu təşəbbüsləri qeyd edərək, Hərəkatın Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin yaradılmasını, Qadınlar Platformasının formalaşdırılması istiqamətində görülən işləri dünyada çoxtərəfliliyin təşviqi və inkişaf etdirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR
Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

XƏBƏR LENTİ
  • 23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
Menyu