Menyu

NATO: Baş katib Jens Stoltenbergin Azərbaycana səfəri başlayıb-YENİLƏNİB

NATO: Baş katib Jens Stoltenbergin Azərbaycana səfəri başlayıb-YENİLƏNİB
1 dəq oxu

NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Baş katib Jens Stoltenbergin Azərbaycana səfəri başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə NATO-nun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycanla əməkdaşlıq təşkilat üçün faydalıdır. Azərbaycan NATO standartlarına uyğun bölmələr hazırlayır. Həmçinin Azərbaycan NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və missiyalara dəstək olub.

Əlaqəli Xəbərlər