Menyu

Hikmət Hacıyev Çinin XİN nümayəndəsi ilə COP29-la əlaqədar qarşıda duran məsələləri müzakirə edib

Nərmin Qocamanlı
Hikmət Hacıyev Çinin XİN nümayəndəsi ilə COP29-la əlaqədar qarşıda duran məsələləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin xarici işlər nazirinin müavini Sun Veydonqla (Sun Weidong) görüşüb.

"Operativ Media"  xəbər verir ki, Çinin xarici işlər nazirinin müavini Sun Veydonq ilə görüşdə Azərbaycan və Çin prezidentləri arasında keçirilən görüşlərin, aparılan məktub mübadilələrinin ölkələrimiz arasında tərəfdaşlığın strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm amil olduğu vurğulanıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrə, COP29-la əlaqədar qarşıda duran məsələlərə, Orta Dəhliz üzrə əməldaşlığa, Cənubi Qafqaz regionunda sülh quruculuğuna dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan ilə Çin arasında hərtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Teqlər:

"Hikm\u0259t Hac\u0131yev \u00c7inin X\u0130N n\u00fcmay\u0259nd\u0259si il\u0259 COP29-la \u0259laq\u0259dar qar\u015f\u0131da duran m\u0259s\u0259l\u0259l\u0259ri m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər