http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycanın Baş naziri Gürcüstan Prezidenti ilə görüşüb

15 Dekabr 2022 , 15:22
Azərbaycanın Baş naziri Gürcüstan Prezidenti ilə görüşüb

Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən xəbərə görə, Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb.

Bildirilib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin geniş gündəliyi var. İki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğu vurğulanıb.

Azərbaycan Prezidentinin cari ilin oktyabrında Gürcüstana səfərinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçirilən 9-cu iclasının önəmi qeyd edilib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XİN Malini təbrik edib

XİN Malini təbrik edib

XƏBƏR LENTİ
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
Menyu