Menyu

Putin: Sanksiyalara baxmayaraq, Aİ ölkələrinə mal tədarükü 1,5 dəfə artıb

Operativ Media
Putin: Sanksiyalara baxmayaraq, Aİ ölkələrinə mal tədarükü 1,5 dəfə artıb

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Avropa İttifaqı sanksiyalara baxmayaraq, Rusiya mal və xidmətlərini istehlak etməyə davam edir.

"Operativ Media" xəbər verir ki, Putin bunu Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasını keçirərkən deyib. O, çıxışının bir hissəsini ABŞ və Aİ-nin sanksiyalarına həsr edib. Eyni zamanda Putin vurğulayıb ki, ABŞ siyasəti inflyasiyaya və Aİ-nin sənayesizləşməsinə gətirib çıxarır, Avropa isə hələ də Rusiya ilə ticarətə ehtiyac duyur.

"Sanksiyalara baxmayaraq, Rusiyadan Aİ-yə əsas malların tədarükü son 9 ayda 1,5 dəfə artıb", - deyə o qeyd edib.

Əlaqəli Xəbərlər