http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 27 ° C

Azərbaycanın Baş naziri Gürcüstan parlamentinin sədri ilə görüşüb

15 Dekabr 2022 , 17:18
Azərbaycanın Baş naziri Gürcüstan parlamentinin sədri ilə görüşüb

Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, enerji, nəqliyyat, mədəni-humanitar istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında parlamentlərin mühüm rolu qeyd olunub, hər iki ölkənin qanunvericilik orqanlarındakı dostluq qruplarının sıx təmaslarından məmnunluq ifadə edilib.

Görüş əsnasında ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Baş naziri Gürcüstan parlamentinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

OXŞAR XƏBƏRLƏR
ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

Paşinyan: "Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin 80%-ni razılaşdırıblar"

Paşinyan: "Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin 80%-ni razılaşdırıblar"

Paşinyan: "İrəvan və Tbilisi arasındakı münasibətlər region ölkələri üçün nümunədir"

Paşinyan: "İrəvan və Tbilisi arasındakı münasibətlər region ölkələri üçün nümunədir"

XƏBƏR LENTİ
  • 16:44

    Vəkillər Kollegiyası “Vəkildən tələbəyə” layihəsinə start verib
  • 16:35

    ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir
    ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir
  • 16:32

    Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatdırılacaq
  • 16:24

    Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ
    Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ
  • 16:16

    Paşinyan: "Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin 80%-ni razılaşdırıblar"
  • 16:03

    “Recent Group” və “Area Alfa Group” MMC-lərin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib
  • 16:03

    Paşinyan: "İrəvan və Tbilisi arasındakı münasibətlər region ölkələri üçün nümunədir"
  • 15:58

    Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram
    Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram
Menyu