Ana səhifə / Siyasət / NATO Baş katibi Azərbaycan və Ermənistana çağırış edib NATO Baş katibi Azərbaycan və Ermənistana çağırış edib 19.03.2024, 15:36 NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Azərbaycan və Ermənistana çağırış edib. "Operativ Media" xəbər verir ki, o, bu barədə “X”də yazıb. “Mən Ermənistan və Azərbaycanı sülhün davamlı olması üçün fürsətdən istifadə etməyə çağırıram”, - o bildirib. O, həmçinin NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib. Qeyd edək ki, Y.Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində martın 17-18-də Azərbaycanda olub, sonradan Gürcüstan və Ermənistana səfər edib. Teqlər: "NATO Ba\u015f katibi Az\u0259rbaycan v\u0259 Erm\u0259nistana \u00e7a\u011f\u0131r\u0131\u015f edib"