Menyu

İsrail müdafiə naziri ABŞ-a gedəcək, çoxlu sayda silah-sursat tələb edəcək

Nərmin Qocamanlı
İsrail müdafiə naziri ABŞ-a gedəcək, çoxlu sayda silah-sursat tələb edəcək

İsrailin Vaşinqton administrasiyasından döyüş təyyarələri, silah sistemləri və sursat daxil olmaqla çoxlu sayda hərbi material tələb edəcəyi bildirilib.

"Operativ Media" Amerikanın “Axios” portalına istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant nazir olduqdan sonra ilk dəfə gələn həftə ABŞ-ya gedəcək.

Bildirilib ki, Gallantın səfər çərçivəsində ABŞ müdafiə naziri Lloyd Austin və milli təhlükəsizlik müşaviri Jake Sullivan ilə görüşməsi gözlənilir.

Gallantın səfər zamanı Vaşinqton administrasiyasından silah sistemləri tələb edəcəyi, İsrail nazirinin isə ABŞ-dan uzunmüddətli perspektivdə daha çox F-35 və F-15 döyüş təyyarəsi tədarükü, eləcə də qısa müddətli istehsal tələb edəcəyi barədə də məlumat var.

ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada Ostinin martın 26-da israilli həmkarı Gallantı qəbul edəcəyi qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər