Ermənistanın Rusiyadakı səfirliyi terror aktında ermənilərin əli olması ilə bağlı verilən bəyanatlardan hiddətlənib
Nərmin Qocamanlı
Ermənistanın Rusiya Federasiyasındakı səfirliyi “Krokus Siti Holl”da törədilən dəhşətli terror aktında guya ermənilərin əli olması ilə bağlı verilən bəyanatlardan hiddətlənib.
"Operativ Media" xəbər verir ki, erməni diplomatlar reallığa uyğun gəlməyən və Rusiyada anti-erməni əhval-ruhiyyəsinin qızışdırılması məqsədi daşıyan bu cür məlumatların qəsdən yayılmasını həddən artıq çirkinlik adlandırıblar.
"Faciədən dərhal sonra Ermənistan dinc əhaliyə qarşı törədilən qeyri-insani cinayəti pisləyən bəyanatlar verib. İrəvandakı soydaşlarımız səhər tezdən Rusiyanın Ermənistandakı səfirliyi önünə gül dəstələri qoyaraq bütün həlak olanların xatirəsini ehtiramla yad edirlər. Bütün düşüncələrimiz və dualarımız Rusiya xalqının yanındadır", -deyə bəyanatda bildirilib.