Menyu

Rusiya XİN: Ukrayna Avropada terrorizmin yayılma mərkəzinə çevrilib

Nərmin Qocamanlı
Rusiya XİN: Ukrayna Avropada terrorizmin yayılma mərkəzinə çevrilib

"Ukrayna Qərb liberal rejimlərinin əli ilə 10 ildir Avropada terrorun yayılma mərkəzinə çevrilib".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial media hesabında bildirib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) açıqlamasında Moskvadakı hücumda iştirak edən terrorçuların Ukrayna sərhədinə doğru qaçmağa çalışdığını və Ukrayna tərəfində əlaqə saxladığını bildirib.

Açıqlamada hücumda bilavasitə əli olan 4-ü terrorçu olmaqla 11 nəfərin saxlanıldığı, terrorçuların əlaltılarının müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Teqlər:

"Rusiya X\u0130N: Ukrayna Avropada terrorizmin yay\u0131lma m\u0259rk\u0259zin\u0259 \u00e7evrilib"

Əlaqəli Xəbərlər