Menyu

MM sədri Dövlət Duması və Rusiya Federal Məclisinin sədrlərinə başsağlığı verib

Nərmin Qocamanlı
MM sədri Dövlət Duması və Rusiya Federal Məclisinin sədrlərinə başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.

Bu barədə "Operativ media"ya Milli Məclisdən bildirilib.

Qeyd olunub ki, parlamentin sədri “Krokus Siti Holl” konsert zalında baş vermiş faciəvi hadisələr nəticəsində dinc sakinlərin həlak olmasından sarsıldığını və kədərləndiyini bildirib. Məktublarda Milli Məclisin sədri bu dəhşətli terror aktını şiddətlə qınayıb, hadisəylə bağlı öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından bütün Rusiya xalqına, Federasiya Şurasının və Dövlət Dumasının üzvlərinə, həlak olanların doğmalarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər