Menyu

NATO və Aİ Moskvada törədilən terror aktını pisləyib

Nərmin Qocamanlı
NATO və Aİ Moskvada törədilən terror aktını pisləyib

NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın paytaxtı Moskvada törədilən terror aktını pisləyib.
"Operativ Media" xəbər verir ki, NATO-nun sözçüsü Farah Dakhlallah "X" sosial media hesabında bildirib.

"Moskvada konsert tamaşaçılarını hədəf alan hücumları qəti şəkildə pisləyirik. Bu cür ağır cinayətlərə heç nə haqq qazandıra bilməz. Qurbanlar və onların ailələrinə dərin hüznlə başsağlığı veririk", - deyə o qeyd edib.

Avropa Şurasının sədri Çarlz Mişel də Moskvada törədilən dəhşətli terror aktını qınadığını vurğulayıb.

"Hər yerdə günahsız insanların itkisi insanlıq faciəsidir", - deyə mesajını paylaşıb.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell hücumu ən sərt şəkildə qınadığını ifadə edib.

"Terror yenə müdafiəsiz insanları hədəf aldı. Beynəlxalq ictimaiyyət terror bəlasına qarşı qətiyyətlə birləşməlidir", - deyə Borrel qeyd edib.

Teqlər:

"NATO v\u0259 A\u0130 Moskvada t\u00f6r\u0259dil\u0259n terror akt\u0131n\u0131 pisl\u0259yib"

Əlaqəli Xəbərlər