Si Cinpin: "ABŞ və Çin bir-birinin inkişafına kömək etməlidir, müdaxilə etməməlidir"
Nərmin Qocamanlı
"Çin və ABŞ müxtəlif sahələrdə bir-birlərinə kömək etməli və müdaxilə etməməlidirlər".
"Operativ Media" xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin bildirib.
"Mövcud vəziyyətdə Çin və ABŞ-ın ümumi maraqları azalmayıb, daha da artıb. İstər ticarət, iqtisadiyyat və kənd təsərrüfatı kimi ənənəvi sahələr, istərsə də iqlim dəyişikliyi və süni intellekt kimi yeni sahələr olmasından asılı olmayaraq, Çin və Birləşmiş Ştatlar bir-birinin inkişafına kömək etməlidir, müdaxilə etməməlidir”, – Si Cinpin bildirib.
O qeyd edib ki, qlobal iqtisadiyyatın bərpasına kömək etmək və beynəlxalq və regional aktual problemlərin həlli Çin və ABŞ arasında koordinasiya və əməkdaşlıq tələb edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net