Menyu

Ermənistan KTMT PA-nın Moskvadakı terroru pisləyən bəyanatına qoşulmayıb

Redaksiya
Ermənistan KTMT PA-nın  Moskvadakı terroru pisləyən bəyanatına qoşulmayıb
1 dəq oxu

Ermənistan KTMT Parlament Assambleyasının nümayəndə heyətlərinin Moskvadakı terroru pisləyən bəyanatına qoşulmayıb.

"Operativ Media" xəbər verir ki, məsələ ilə bağlı Ermənistan parlamentinin spikerinin sözçüsü Nelli Qulyan KİV-ə açıqlama verib.

"Ermənistan KTMT üzvlüyünü dondurub. KTMT Ermənistan tərəfinə bəyanata qoşulmağı təklif etdi, biz onu qəbul etmədik”, - Qulyan qeyd edib.

Xatırladaq ki, KTMT-yə üzv ölkələrin parlament nümayəndə heyətləri martın 22-də Moskvanın “Krokus Siti Holl”unda baş vermiş terror aktını pisləyən birgə bəyanat yayıb.

Əlaqəli Xəbərlər