Menyu

Zaxarova: "Aİ-Ermənistan-ABŞ görüşündə məqsəd Bakı ilə İrəvan arasında sülh yaratmaq deyil"

Nərmin Qocamanlı
Zaxarova: "Aİ-Ermənistan-ABŞ görüşündə məqsəd Bakı ilə İrəvan arasında sülh yaratmaq deyil"

"Rusiyada Aİ-Ermənistan-ABŞ konfransı narahatlıq doğurur, çünki Qərb nümayəndələri Moskvanın tərəfdaşlarına birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyadır".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında məlumat verib.

Zaxarova qeyd edib ki, onların məqsədi Bakı ilə İrəvan arasında sülh yaratmaq deyil, Qərbi Cənubi Qafqaza daha da tanıtmaqdır.

O əlavə edib ki, Qərb tərəfi region dövlətlərini anti-Rusiya gündəminə əməl etməyə məcbur etməyə çalışır.

“Rəsmi İrəvanın niyə özünü sanki söhbətin nədən getdiyini başa düşmürmüş kimi aparması sual doğurur”, - deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki,aprelin 5-də Aİ-Ermənistan-ABŞ konfransının keçirilməsi planlaşdırılır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, bu görüş regionda təşviq edilən və çox ehtiyac duyulan etimad və dürüstlüyün gücləndirilməsinə ziddir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər