http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan və Türkiyə arasında ailə, qadın və uşaq məsələləri üzrə Fəaliyyət Planı təsdiqlənib

16 Dekabr 2022 , 16:50
Azərbaycan və Türkiyə arasında ailə, qadın və uşaq məsələləri üzrə Fəaliyyət Planı təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Operativ Media" xəbər verir ki, sənədə əsasən, 2022-ci il noyabrın 4-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” təsdiqlənib.

Sənədlə, bu fərmanda qeyd olunan Fəaliyyət Planı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Fəaliyyət Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR
Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

XƏBƏR LENTİ
  • 20:18

    Minlərlə insan Makronun istefası tələbi ilə etiraz aksiyası keçirib
  • 20:13

    Fernandu Santuş: "Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm"
  • 19:47

    İsrail İranın 14 gəmisinə hücum edib
  • 19:13

    Peter Siyarto Ermənistana səfər edəcək
  • 18:42

    İlham Zəkiyev bürünc medal qazanıb 
  • 18:19

    Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir
  • 17:41

    Ermənistan Ani körpüsünün birlikdə bərpası ilə bağlı təklilərini Türkiyəyə təqdim edib
  • 17:13

    Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib
Menyu