http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfirini qəbul edib

29 Mart 2024 , 17:33
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfirini qəbul edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi qəbul edib.

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə regionda cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin regional və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Bir sıra beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri ətrafında müzakirə aparılıb.

Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində tərəfimizdən aparılan danışıqlar prosesi, habelə görülən hazırlıq işləri barədə məlumatlandırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh və quruculuq səylərindən bəhs edən nazir Ceyhun Bayramov, sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımların, o cümlədən regiondan uzaq yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdlərinin prosesə maneə törətdiyini bildirib.

Bu istiqamətdə, cari ilin 5 aprel tarixində keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf və inklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin, habelə bu kimi təşəbbüslərin revanşist əhval-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı narahatlıqlarımızın aydın şəkildə ifadə olunduğu vurğulanıb.

Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin regional sülh və sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmək əzmində olduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

OXŞAR XƏBƏRLƏR
MM sədri COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib

MM sədri COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib

İranın müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb

İranın müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb

Bukingem Sarayı III. Çarlzın vəzifəyə qayıdacağını açıqlayıb

Bukingem Sarayı III. Çarlzın vəzifəyə qayıdacağını açıqlayıb

XƏBƏR LENTİ
  • 14:38

    Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib
  • 14:25

    Dünyaya inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən daha bir paradiqma dəyişikliyi lazımdır - BMTİP-in daimi nümayəndəsi
  • 14:14

    Səbaildə qızıl mağazasından oğurluq olunub
  • 13:40

    Qubada kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar
  • 13:35

    Suriyanın şimalında 3 terrorçu saxlanılıb
  • 13:26

    Yasamalda oğurluq edən 2 nəfər saxlanılıb
  • 13:02

    Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
    Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
  • 13:00

    Sosial şəbəkələrdə 19 nəfərdən 30 min manat ələ keçirən şəxs saxlanılıb
Menyu