http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib

29 Mart 2024 , 18:40
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib

Martın 29-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Rumen Radev Bakıya nəzərdə tutulan səfərinin ölkəsindəki daxili siyasi öhdəliklər səbəbindən gözlənilmədən təxirə salınmasından təəssüfləndiyini bildirib.

Dövlət başçıları qarşılıqlı maraq kəsb edən sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. İki ölkə arasında enerji, sərmayələr, nəqliyyat bağlılığı, habelə biznes təmaslarının təşviqi sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu vurğulanıb. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi üçün ikitərəfli sənədlərin işçi qaydada razılaşdırılma prosesində olduğu qeyd edilib. Telefon danışığı əsnasında prezidentlər diplomatik kanallar vasitəsilə səfərin yeni tarixlərinin razılaşdırılacağını bildiriblər.

OXŞAR XƏBƏRLƏR
Ermənistan xarici işlər naziri Qətərə rəsmi səfərə gedib

Ermənistan xarici işlər naziri Qətərə rəsmi səfərə gedib

Ermənistanda etirazçılar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar

Ermənistanda etirazçılar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar

Muxtar Babayev G7 Nazirlərinin İqlim, Enerji və Ətraf Mühit üzrə Görüşündə iştirak edir

Muxtar Babayev G7 Nazirlərinin İqlim, Enerji və Ətraf Mühit üzrə Görüşündə iştirak edir

XƏBƏR LENTİ
  • 22:14

    Rişi Sunak vəzifəsindən uzaqlaşdırıla bilər
  • 22:00

    "Sumqayıt" "Qarabağ"ı məğlub etdi
  • 21:53

    Türkiyədə iki mikroavtobus toqquşub, 14 nəfər xəsarət alıb
  • 21:24

    Sədərəkdə sursat partlayışı nəticəsində həlak olanlar dəfn edilib - FOTO
  • 21:07

    Şahbaz Şərifə müavin təyin edilib
  • 20:45

    Tiflisdə müxalifət mitinq keçirir
  • 20:28

    Paşinyan və Blinken arasında telefon danışığı olub
  • 20:16

    "Neftçi" "Turan Tovuz"u əliboş yola saldı
Menyu