Menyu

Nazir müavini Elnur Məmmədovun Moskva şəhərinə işgüzar səfər edib

Nazir müavini Elnur Məmmədovun Moskva şəhərinə işgüzar səfər edib

Moskva şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin aspektləri müzakirə edilib, qarşılıqlı faydalı əməkdaşlığın cari vəziyyəti, habelə perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər habelə regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətə dair məsələləri nəzərdən keçiriblər.

Səfər çərçivəsində E.Məmmədovun Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq məsələləri, Latın Amerikası regionu ilə münasibətlərə məsul nümayəndələri ilə də görüşləri baş tutub.

Teqlər:

"Nazir m\u00fcavini Elnur M\u0259mm\u0259dovun Moskva \u015f\u0259h\u0259rin\u0259 i\u015fg\u00fczar s\u0259f\u0259r edib"

Əlaqəli Xəbərlər