Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın kəndləri tələb etməsi fonunda istefa vermək qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, bununla əlaqədar Baş nazir partiyanın təcili iclasını keçirib.
Nəşrin yazdığına görə, növbədənkənar parlament seçkiləri sentyabrın 10-da keçiriləcək.
"Azərbaycanın anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan müvəqqəti hakimiyyətdən getməyə qərar verib, bununla da özünü və hökumətini “xilas etməyi" düşünür”, - məlumatda qeyd olunub.