Menyu

Sahil Babayev: Azərbaycan Rumıniya arasında ticarət dövriyyəsi artır və ötən il 29,3 faiz müsbət dinamika qeydə alınıb

Nərmin Qocamanlı
Sahil Babayev: Azərbaycan Rumıniya arasında ticarət dövriyyəsi artır və ötən il 29,3 faiz müsbət dinamika qeydə alınıb

“Azərbaycan Rumıniya arasında iqtisadi əlaqələrində inkişaf dinamikasının davamı olaraq, ticarət dövriyyəsi artır və ötən il 29,3 faiz müsbət dinamika qeydə alınıb”.

"Operativ Media" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O qeyd edib ki, Müştərək Komissiyanın bu və növbəti iclasları müxtəlif sahələrdə əlaqələri artıracaq. Bu gün enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sosial, təhsil, humanitar, infrastruktur, inşaat və digər sahələrdə müzakirələr aparacağıq. 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı, ümumən ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədi ölkələrimiz arasında əlaqələrin inkişafına imkan yaradıb, bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

 

Teqlər:

"Sahil Babayev: Az\u0259rbaycan Rum\u0131niya aras\u0131nda ticar\u0259t d\u00f6vriyy\u0259si art\u0131r v\u0259 \u00f6t\u0259n il 29 3 faiz m\u00fcsb\u0259t dinamika qeyd\u0259 al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər