http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Rumıniyanın energetika naziri DOST mərkəzində olub - FOTO

01 Aprel 2024 , 18:58
Rumıniyanın energetika naziri DOST mərkəzində olub - FOTO

Rumıniyanın energetika naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Rumıniya tərəfindən həmsədri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə artıq 7 DOST mərkəzinin açıldığını qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb.

DOST mərkəzlərində ötən dövrdə 2,1 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98 faiz üzərində olduğu bildirilib. Nazirliyin 159 xidmətindən 140-dan və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı da qeyd olunub.

Ölkəmizin DOST və elektron xidmətlər üzrə təcrübələrinin bir çox beynəlxalq mükafatlara layiq görüldüyü vurğulanıb. Bir sıra ölkələrin, o cümlədən Rumıniyanın da DOST modelinin tətbiqinə maraq göstərdikləri diqqətə çatdırılıb.

Nümayəndə heyəti mərkəzdə xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi, vahid əlaqələndirmə mərkəzi ilə tanış olub.

DOST Agentliyində qonaqlar üçün DOST konsepsiyası və sosial sahədə elektronlaşma proqramına dair təqdimatlar edilib.

Qeyd edək ki, bu gün Rumıniya nümayəndə heyətinin iştirakı ilə Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclası olub, yeni əməkdaşlıq sənədləri imzalanıb. 

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu