http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov diplomatik korpus təşkil olunan iftar süfrəsində olub - YENİLƏNİB

01 Aprel 2024 , 22:47
Ceyhun Bayramov diplomatik korpus təşkil olunan iftar süfrəsində olub - YENİLƏNİB

1 aprel 2024-cü il tarixində müqəddəs Ramazan ayı münasibətilə ölkəmizdə akkreditə olunmuş müsəlman ölkələrinin səfirlərinin iştirakı ilə iftar tədbiri təşkil olunub.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tədbirdə çıxış edib.

Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərini çatdıran nazir Ceyhun Bayramov bu dəyərli ayda bütün İslam dünyasına sülh, rifah və əmin-amanlıq arzu edib.

Nizam-intizam, qarşılıqlı anlayış və dəstəyi özündə ehtiva edən müqəddəs Ramazan ayının müsəlman aləmini bir-birinə daha da yaxınlaşdırdığını bildirən nazir Ceyhun Bayramov İslamın bu yüksək dəyərlərinin öz növbəsində milli irsimizin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və harmoniya şəraitində yaşadığı, heç bir zəmində diskriminasiyasının mövcud olmadığı məmnunluqla vurğulanıb.

Müqəddəs Ramazan ayını qeyd etdiyimiz bu günlərdə, İslam aləminin üzləşdiyi bir sıra çağırışlara, İslamofobiya meyllərinə, müsəlmanlara qarşı ayrı-seçkilik hallarının artması kimi məsələlərə vurğu edilib. Bu kimi təhdidlərin bir sıra ölkələrin milli siyasətinə çevrildiyi qeyd edilib və bundan ciddi narahatlıq ifadə olunub.

Bununla yanaşı, dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrin, xüsusilə İsrail-Fələstin münaqişəsinin yenidən alovlanmasının, Qəzza bölgəsindəki humanitar vəziyyətin ciddi narahatlıq doğurduğu bildirilib, tezliklə atəşkəs əldə olunmasının vacibliyi vurğulanıb. Mövcud çağırışlara qarşı birgə mübarizədə, habelə münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinin təşviqində birlik və həmrəyliyin nümayiş olunmasının əhəmiyyəti qeyd edilib.

30 ilə yaxın münaqişədən sonra Azərbaycan torpaqlarının işğaldan azad olunmasının, ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının ölkəmiz və bölgəmiz üçün əhəmiyyətindən bəhs edən nazir, hərbi işğalın aradan qaldırılmasının, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun şanlı zəfərinin eyni zamanda, İslam dininə aid abidələrin də dağıdılmasına son qoyduğunu qeyd edib.

Tədbirdə ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi yad edilib.

Daha sonra çıxış edən ölkəmizdəki diplomatik korpusun duayeni, Fələstinin ölkəmizdəki səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim Ramazan ayı münasibətilə bütün müsəlman aləminə sülh, əmin-amanlıq və tərəqqi arzu edərək, bütün ibadətlərin qəbul olmasını diləyib.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi İmam Qurban Əliyev tərəfindən iftar duasının oxunmasından sonra mərasim iştirakçıları üçün iftar süfrəsi açılıb.

***

22:33

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycandakı diplomatik korpus üçün iftar mərasimində iştirak edib.

“Operaativ Media” xəbər verir ki, bu barədə XİN başçısı sosial şəbəkədə yazıb.

“Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün iftar süfrəsində çıxış etməkdən məmnunam. Bu mübarək ayda bütün müsəlman dünyasına sülh, firavanlıq diləyirik. Qarşılıqlı dəstək və həmrəylik ümumi təhdidlərlə mübarizə aparmaq və problemlərin tezliklə həllinə töhfə verməyin açarıdır”, – xarici siyasət idarəsinin rəhbəri bildirib.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu