Menyu

Erməni jurnalistlər əhalini təxribata çəkirlər

Redaksiya
Erməni jurnalistlər əhalini təxribata çəkirlər

“Vəziyyətin gərginləşməsində maraqlı olan təkcə Ermənistan daxilindəki qüvvələr deyil. Bəzi erməni jurnalistlər bu kimi məlumatları tirajlayaraq Ermənistan əhalisini mitinqlərə çıxarmağa nail olmaq istəyirlər”.

Bunu “Operativ Media”ya açıqlamasında siyasi şərhçi Zaur Məmmədov bildirib.

Siyasi şərhçi: Seçkilər göstərdi ki, erməni xalqı eyforiyadan ayılır -  AZƏRTAC

Zaur Məmmədovun sözlərinə görə, Ermənistanın əsas media orqanlarından biri hesab olunan “Aravot” qəzetinin əməkdaşı Voskan Sarkisyanın paylaşımları sadəcə təxribat xarakterlidir.

“Voskan Sarkisyan sosial şəbəkə hesabında yazır ki, guya Tavuş bölgəsində böyük narazılıq var. Deyir ki, 5 gün sonra olanları görəcəksiniz. O, bu barədə məlumatlar yazaraq  revanşist qüvvələri meydana dəvət  edir. Ara-sıra xırda jurnalistlər hansısa blogerlər suyu bulandırmağa çalışır. Ümumi götürdükdə narazılığıa heç bir əsas yoxdur. Çünki ümumilikdə Tavuş bölgəsində yaşayan əhalinin çoxluğu kəndlərin qaytarılmasına etiraz etmir. Jrunalistlər sadəcə feyk məlumatlardan istifadə edirlər”.

Ekspertin fikrincə, xarici qüvvələr tərəfindən yönləndirilən belə jurnalistlərə hərkəs inanmasa da, aldananlar da olur.

“Əhali kiməsə inanaraq bu mitinqlərə çıxır. Çünki, onlara elə bir məsələləri aşılıyırlar ki, guya Ermənistan gələcəkdə bu 4 kənddən başqa digər kəndləri də verəcək. Ümumiyyətlə ordakı Gürcüstana çıxış və gəliş bağlanacaq. Nəticə etibarı ilə onların sosial iqtisadi vəziyyətinə çox böyük pislik gətirəcəkdir. Digər tərəfdən burda xarici qüvvələr var. Hansı ki, bölgədə öz maraqlarını geniş şəkildə aşılamaq üçün Bakı və İrəvan arasında daim gərginlikdən istifadə ediblər. Bu gün də onlar sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər”.

Teqlər:

"Erm\u0259ni jurnalistl\u0259r \u0259halini t\u0259xribata \u00e7\u0259kirl\u0259r"

Əlaqəli Xəbərlər