http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibini qəbul edib - YENİLƏNİB

02 Aprel 2024 , 12:59
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.

"Operativ Media" xəbər verir ki, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini vurğulayan dövlətimizin başçısı 2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olduğunu xatırlayaraq bu qərarın bütün İslam dünyasının Azərbaycana göstərdiyi böyük dəstəyin təzahürü olduğunu bildirdi və gələn ay Şuşada təntənəli tədbirlərin keçiriləcəyini məmnunluqla vurğuladı.

Məhəmməd Əbdülsalam Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əhməd Ət-Tayyib həzrətlərinə çatdırmağı xahiş etdi.

Qonaq şeyx həzrətlərinin Prezident İlham Əliyevin sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirdiyini vurğuladı. O qeyd etdi ki, müharibədən çıxmış Azərbaycanın dövlət başçısının öz çıxışlarında sülhə çağırışları heyrətamizdir və təsadüfi deyil ki, Prezident İlham Əliyevin saxlanılan şəxslərin mübadiləsi və sülhün bərqərar olunması istiqamətində irəli sürdüyü təşəbbüsdən sonra Müsəlman Ağsaqqalları Şurası bəyanatla çıxış edib.

Dövlətimizin başçısı dedi ki, Azərbaycanın 28 ildən artıq müddətdə Ermənistanın işğalı və hərbi təcavüzü ilə üzləşməsinə baxmayaraq, məhz ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəniyyət nümunələrin, həmçinin İslam dininə aid ibadət ocaqlarının dağıdıldığını, bu xüsusda həmin ərazilərimizdə olan 67 məsciddən 65-nin tamamilə darmadağın edildiyini vurğuladı. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini qeyd etdi.

COP28-də iqlim naminə dini pavilyon təşkil olunduğunu və 4000-dən çox insanın bu pavilyonu ziyarət etdiyini diqqətə çatdıran qonaq qeyd etdi ki, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə əməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə tədbir keçirilib və bu tədbirdə dini liderlər qlobal iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində “Vicdan çağırışı” adlı bəyanat imzalayıblar. O, COP29 çərçivəsində də ev sahibi olaraq Azərbaycanla əməkdaşlıq şəraitində belə bir tədbiri keçirmək niyyətində olduqlarını dedi.

Prezident İlham Əliyev dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq, bu xüsusda Bakıda keçirilən mötəbər tədbirlərə toxundu. Dövlətimizin başçısı yaxın zamanda ICESCO, UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi ilə Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun yenidən keçiriləcəyini bildirdi. Prezident İlham Əliyev COP29 çərçivəsində də Azərbaycanın dinlərarası dialoqun təşviqinə dəstək verməyə, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsinə və bu sahədə əməkdaşlığa hazır olduğunu vurğuladı.

Söhbət zamanı İslam dünyasında məzhəblərarası dialoqun vacibliyinə toxunuldu, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnək kimi məmnunluqla qeyd olundu.

***

12:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu